Əli Laricani erməni deputatlarla görüşdü: "Qarabağ münaqişəsinin həlli üçün çalışırıq"
"İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir".
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani İran-Ermənistan parlamentlərarası Dostluq Qrupunun Ermənistandan olan nümayəndə heyəti ilə keçirdiyi görüşdə bildirib.
"Düşünürük ki, münaqişələrin həlli üçün ən yaxşı yol siyasi danışıqlar və müzakirə yoludur. Bu problemin sülh və dostluqla başa çatacağına ümid edirik. Ona görə ki, bölgədə kifayət qədər münaqişə və gərginlik mövcuddur. Yeni qarşıdurma yaratmaq heç bir ölkənin xeyrinə deyil" - deyə, Ə.Laricani bildirib.
Ə.Laricani qeyd edib ki, İran dostluq əli uzatdığı ölkə ilə axıradək dostluq yolunu davam etdirir və bəzi ölkələr kimi qəfildən dəyişmir: "Necə ki, İraq və Suriya bunun aşkar nümunəsidir. Həmin ölkələrdə terrorizm böhranı yaşanırdı və biz sonadək onların yanında olduq".
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib