AZƏRBAYCANDA QAN DAVASI: qardaşının qatilini öldürdü
Göygöl rayonu ərazisində qətl törədilib. APA TV-nin xəbərinə görə, hadisə rayonun Stansiya Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayonun Xoşbulaq kənd sakini, 28 yaşlı Yasin Həsənov qisas zəminində Göygol rayonun Stansiya Qızılca kənd sakini, 46 yaşlı Elçin Həsənovu qoşalülə tüfənglə gülləyərək qətlə yetirib. Göygöl rayon Prokurorluğundan verilən məlumata görə, hadisə illərdir, sürən qisas zəminində baş verib. Qətlə yetirilən şəxs 9 il əvvəl qanlı hadisəni törədənin qardaşını öldürüb.
Göygol rayon prokrorluğun koməkçisi Vasif Süleymanov deyib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə Daşkəsən rayon Xoşbulaq kənd sakini 1985-ci il təvəllüdlü Həsənov Yasin Sabir oğlu şübhəli şəxs qismində saxalanılıb.
Yasin Həsənovla Elçin Həsənov yaxın qohumdular.
Dekabrın 7-də Yevlax rayonunda da qətl törədilib. Səmədabad kənd sakini Əsədov Sərxan Əli oğlu keçmiş həyat yoldaşı Əsədova Esmira Həsən qızını amansızlıqla öldürüb. S.Əsədov həyat yoldaşını döydükdən sonra iri daş parçası ilə onun başına bir neçə zərbə endirib. Sonra polisə gedərək könüllü təslim olub.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI