Şirvan sakini öz evində yanaraq öldü
Şirvanda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, gecə saatlarında Şirvan şəhəri 20 Yanvar küçəsi 1 ünvanda yerləşən fərdi yaşayış evində yanğın qeydə alınıb.
Ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı orada yaşayan 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış cəsədi aşkarlanıb. Yanğının söndürülməsinə FHN Şirvan Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:21
283
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
368
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
342
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
387
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
658
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
657