Fələstində İsrail əleyhinə etiraz aksiyaları: polislə toqquşmalarda ölənlər var
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etirazlar səngimir.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, həftə sonu fələstinlilərin məskunlaşdığı Yaxın Şərq ölkələri növbəti aksiyalara səhnə olub. Qüdsdə fələstinli gənc polis əməkdaşına bıçaqla xəsarət yetirib. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Vifleyem və Nəblusdakı nümayişlərdə isə fələstinli gənclər İsrail bayrağına od vurub, habelə İsrail polisini daşqalaq edib. Buna cavab olaraq polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib, kütləyə atəş açıb. Beyt-Əl yaşayış məntəqəsində də şiddətli toqquşmalar qeydə alınıb, kütlə polisə daş atıb.
Rəmallah və Tulkarm şəhərlərində də etirazlar səngiməyib. Sözü gedən şəhərlərdə yüksək təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, həkimlər son 4 gündəki etirazlar zamanı 4 fələstinlinin öldürüldüyünü açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib