Həbs olunan Saakaşvilinin vəkili: "Müddətsiz aclıq elan edir"
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Kiyevdə saxlanılıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Saakaşvilinin silahdaşı David Sakvarelidze bəyan edib.
Onun sözlərinə görə, Saakaşvilini təhlükəsizlik xidmətinə aparıblar. “Yeni Qüvvələr Hərəkatı”nın mətbuat katibi Maryana Poçtar da faktı təsdiqləyib.
Vəkili Ruslan Çernolutski isə bildirib ki, M.Saakaşvili müddətsiz aclıq aksiyasına başlayır. Saakaşvili ona qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu və siyasi xarakter daşıdığını bəyan edib.
Ukrayna Baş prokurorluğu Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə 72 saat ərzində Saakaşvili barəsində qərar çıxaracaq.
Xatırladaq ki, dekabrın 5-də M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.
OXŞAR XƏBƏRLƏR
18:21
300
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
387
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
358
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
395
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
663
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
663