Qonşusu ilə dava edən 27 yaşlı gənc bıçaqlandı - MEHDİABADDA
Gecə saatlarında Abşeron rayonunun Mehdiabad qəsəbəsində gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb. APA TV xəbər verir ki, hadisə Şıxəli Qurbanov küçəsində, Yeni məhəllə adlanan ərazidə baş verib.
Məlumata görə, bıçaq xəsarəti alan 1990-cı il təvəllüdlü Əhmədov Hikmət Hakim oğlu özü də həmin ünvanda yaşayır. O, qonşuluqda yaşayan Murad adlı bir şəxslə mübahisə edib. Sonradan əlbəyaxa davaya çevrilən mübahisə nəticəsində Hikmət bıçaqlanıb. 1 saylı Xəstəxanaya yerləşdirilən 27 yaşlı Hikmətin vəziyyəti orta ağır olaraq qalır.
Yaxınlarının sözlərinə görə, hadisə zamanı onun bütün üst-başı palçıq olub. Buna görə də ailəsi onun əvvəlcədən döyüldüyünü də iddia edir.
Faktla bağlı rayon polisi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:21
300
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
387
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
358
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
395
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
663
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
663