Mağaza soydular, bir neçə avtomobil qaçırdılar, gizlənə bilmədilər - BİLƏSUVARDA
Biləsuvarda avtomobil qaçıran və dükanlardan oğurluq edən dəstə zərərsizləşdirilib. APA TV-nin cənub börusunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dəstə üzvlərindən maddi sübutlar da götürülüb.
Rayonun Nəsim kənd sakinləri Səbuhi Ağazadə, Şahin Cavadov və Taleh Əliyev qabaqcadan əlbir olaraq yaşadıqları kənddə dükanın pəncərəsini sındırmaqla içəri daxil olaraq, oradan pul və tütün məmulatları götürüb. Onlar elə həmin gün yol kənarında dayanmış “VAZ 2106” markalı avtomobili qaçıraraq hadisə yerindən uzaqlaşıb. Həmin avtomobilin yanacağı qurtardıqdan sonra Şahin yenidən növbə ilə digər iki “VAZ” markalı avtomobili qaçırmaqla onun izinə düşmüş polislərdən gizlənməyə çalışıb.
Daha maraqlısı isə odur ki, o qaçırdığı avtomobillərin dövlət nömrə nişanlarını tanınmasın deyə palçıqla boyayıb. Keçirilən əmliyyat zamanı cinayəti törətməkdə şübhəli bilinən hər 3 şəxs saxlanılıb. Hazırda faktla bağlı istintaq araşırmaları aparılır.
OXŞAR XƏBƏRLƏR
18:21
300
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
387
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
358
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
395
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
663
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
663