Bərdədə narkotik vasitə satan iki rayon sakini saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və belə əməllərlə məşğul olanların aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri keçirilib. Nəticədə dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Seyfəddin Kazımov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən polietilen bağlamada narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərini davam etdirən polis əməkdaşları narkotik vasitəni S.Kazımova satmaqda şübhəli bilinən şəhər sakini İqdam Salmanovu da saxlayıb. İ.Salmanovun yaşadığı evə baxış zamanı orada gizlətdiyi çəkisi 477.277 qram marixuana və 8.897 qram heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:21
300
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
387
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
358
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
395
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
663
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
663