Türk və erməni 43 SAAT BİR-BİRİNİN ƏLİNİ SIXDI
Gürcüstanda yeni əlgörüşmə üzrə dünya rekordu qırılıb. Rekordu qıranlar Türkiyədən olan 35 yaşlı Denis Barış və İrəvan teatrının 32 yaşlı aktyoru Ohanes Adjinyandır. APA TV-nin xəbərinə görə, əlgörüşmə Türkiyə ilə Ermənistan arasında münasibətlərin yenidən bərpa olunması niyyətinə həsr edilib.
Dekabrın 6-da Gürcüstanda Kür sahilindəki Rike parkında başlayan əlgörüşmə düz 43 saat çəkib.Türk və erməni bu müddət ərzində bir-birilərindən əllərini çəkməyiblər. Onlar yalnız bəzən səhnədə yerləşdirilmiş oturacaqlarda əyləşiblər. Vaxtaşırı təşkilatçılar onları çay və şokolada qonaq ediblər. Hətta bu zaman da həmin şəxslər əlgörüşməni davam etdirib. İndi onların hər ikisi özünü yaxşı hiss edir, yalnız bir azca yorulublar.
Hər iki şəxs hesab edir ki, iki dövlət arasında mövcud münasibətlər xalqlara sirayət etməli deyil. Aksiyanın Gürcüstanda keçirilməsi bu ölkənin Türkiyə və Ermənistan arasında münasibətlərdə mühüm rol oynaması və birləşdirici həlqə olması ilə izah edilir.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI