Ronaldo Messiyə çatdı - "QIZIL TOP"A 5-Cİ DƏFƏ YİYƏLƏNDİ
Fransanın “France Football" jurnalı 2017-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb. APA TV xəbər verir ki, nüfuzlu media orqanı ilin yekunlarına əsasən, "Qızıl top"u Kristiano Ronaldoya verib.
İspaniyanın "Real" klubunun portuqaliyalı hücumçusu mübarizədə Lionel Messi ("Barselona") və Neymarı (PSJ) qabaqlayıb.
Bu, Ronaldonun karyerası ərzində qazandığı beşinci “Qızıl top”dur. O, daha öncə 2008, 2013, 2014 və 2016-cı illərdə belə uğura imza atmışdı.
Portuqaliyalı ulduz 1956-cı ildən təqdim edilən “Qızıl top”ların sayına görə Messiyə çatıb. Onlardan sonra bu mükafatı ən çox 3 dəfə Mişel Platini, Yohan Kroyf və Marko Van Basten qazanıb.
Qeyd edək ki, sonuncu dəfə 2007-ci ildə braziliyalı Kakanın uğurundan sonra son 10 ildə “Qızıl Top”u Messi və Ronaldodan başqa heç bir oyunçu qazanmayıb.
OXŞAR XƏBƏRLƏR
18:21
309
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
396
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
368
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
395
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
663
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
664