Bərdədə yanğın zamanı 4 otaqlı evin 2 otağı tamamilə yanıb
Bərdə rayonunda fərdi yaşayış evində yanğın olub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaraməmmədli kəndində baş verib.
Hadisə zamanı kənd sakini Niyazi Məmmədova məxsus birmərtəbəli 4 otaqlı evin iki otağını alov bürüyüb. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hadisə yerinə nazirliyin Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində birmərtəbəli 4 otaqlı evin iki otağı əşyaları ilə birlikdə yanıb. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.
Yanğının baş verməsinin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
18:21
309
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
396
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
368
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
395
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
663
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
664