Çexiya da Qüdsü İsrailin paytaxtı kimi tanıdı
Çexiya rəsmən Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb.
"Çexiya İsrail və Fələstin arasında sülh imzalanana qədər Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq" - deyə, bəyanatda deyilir.
Bəyanatda o da qeyd olunur ki, Çexiya danışıqlardan asılı olaraq, səfirliyini Təl-Əvivdən Qüdsə köçürülməsi barədə düşünə bilər.
Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanıdığını elan edib və ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə tapşırıq verib. Onun bu addımı bir Britaniya və Almaniya rəhbərliyi, eləcə bir çox müsəlman ölkələri tərəfindən narazılıqla qarşılanıb.
İsrail prezidenti Reuven Rivlin və baş nazir Benyamin Netanyahu Ağ Ev rəhbərinin bu qərarını alqışlayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib