Qazaxıstan neftinin Azərbaycan üzərindən nəqli üçün işçi qrupları yaradılacaq
Rəsmi Bakı və Astana Qazaxıstan neftinin və qazının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması üçün işçi qrupları yaradacaq.
APA TV-nin xəbərinə görə, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bildirib.
Onun sözlərinə görə, yeni yaradılacaq işçi qrupunun tərkibində hər iki ölkənin müvafiq dövlət qurumlarının rəsmiləri daxil ediləcək: "Qazaxıstan qazının hasilat həcmi getdikcə artacaq və ixrac marşrutu kimi Azərbaycan nəzərdən keçirilir. Biz Qazaxıstanın qərbində LNG zavodunun tikintisini bir variant kimi nəzərdən keçiririk. Buradan qaz Azərbaycan üzərindən dünya bazarlarına çıxarılacaq".
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və Qazaxıstanın energetika nazirləri Pərviz Şahbazov və Kanat Bozumbayevin sədrliyi ilə ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib. İclasın sonunda ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunlarına dair protokol imzalanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib