Rusiya Müdafiə Nazirliyi: Suriyada İŞİD-i tamamilə məhv etdik
Suriya ərazisi İŞİD terror təşkilatının silahlılarından tamamilə azad edilib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeriy Gerasimov bəyan edib: "İŞİD-ın Suriyada bütün dəstələri məhv edilib, ölkə ərazisi terrorçulardan təmizlənib. Müdafiə naziri Sergey Şoyqu bu axşam prezident Vladimir Putini bu barədə məlumatlandırıb".
Bu arada Rusiya Müdafiə Nazirliyi Suriyada İŞİD-in məğlubiyyətinə şübhə ilə yanaşan Pentaqon nümayəndəsinin bəyanatına cavab verib. Bu barədə nazirliyin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib: "Pentaqon nümayəndəsinə xatırlatmaq istərdik ki, İŞİD qruplaşmasının yaranması, İraq ərazisinə ekspansiyası və Suriya ərazisinə keçməsi faktiki olaraq Pentaqonun fəaliyyətsizliyi nəticəsində baş tutub. Suriyada vəziyyəti sabitləşdirmək və İŞİD qruplaşmasını tam zərərsizləşdirmək Rusiyanın 2015-ci il, sentyabrın 30-dan etibarən həyata keçirdiyi hərbi əməliyyat sayəsində mümkün olub. Əgər söhbət İŞİD-in məğlub olunmadığından gedirsə, bu ABŞ-ın İraqda birbaşa məsuliyyət daşıdığı zonaya aiddir. Pentaqon nümayəndəsinin açıqlaması ABŞ hərbçilərinin qeyri-qanuni olaraq Suriyadan çıxmaması üçün bəhanədir".
Qeyd edək ki, Pentaqon nümayəndəsi Erik Pehon Rusiya Müdafiə Nazirliyinin sözügedən bəyanatını şübhə altına alıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib