Saakaşvilinin sözçüsü: "Onun şübhəli hesab olunmasına dair heç bir sənəd yoxdur"
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili istintaqa izahat verməkdən imtina edib. APA TV-nin “RT” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə “Yeni qüvvələr hərəkatı”nın mətbuat katibi Maryana Poçtar bildirib.
“Saakaşvili nə bir prosessual sənəd imzalayıb, nə də alıb. Nə o özü, nə də vəkilləri. Hətta şübhəli şəxs hesab olunmasına dair belə sənəd təqdim edilməyib”, - deyə Maryana Poçtar bildirib.
Onun sözlərinə görə, dekabrın 6-da Ali Radanın qarşısında keçiriləcək brifinqdə M.Saakaşvili vəkilləri ilə birlikdə məsələyə aydınlıq gətirəcək.
Qeyd edək ki, Baş Prokurorluq bundan əvvəl M.Saakaşvili barəsində axtarış elan edib.
OXŞAR XƏBƏRLƏR
18:21
321
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
410
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
380
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
397
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
666
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
668