Avropa macərası bitdi: "Roma" - "Qarabağ" 1-0
Çempionlar Liqasında VI tura start verilib. APA TV-nin məlumatına görə, qrup mərhələsinin ilk günündə Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb.
Ağdam təmsilçisi səfərdə “Roma” ilə görüşüb. Bu qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün avrokubok mövsümünün son sınağı olub.
C qrupunda sonuncu yeri tutan “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsindəki debütünü İtaliya paytaxtında yekunlaşdırıb.
Matçın taleyini bir qol həll edib. İlk hissədə tərəflər bir neçə dəfə cəhd etsələr də, qol vura bilməyib. İkinci yarıda isə meydan sahibləri fərqlənib. Cekonun zərbəsindən sonra Şehiçdən geri dönən topu Perotti tora qovuşdurub.
Oyunda başqa qol olmayıb və "Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə vida edib.
OXŞAR XƏBƏRLƏR
18:21
321
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
410
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
380
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
397
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
666
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
668