Yeyib-içən qohumlar dava elədi - BAKIDA BIÇAQLANMA
Gecə saatlarında Bakının Yasamal rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV xəbər verir ki, qanlı hadisə zamanı bir nəfər içki məclisində bıçaqlanıb.
Məlumata görə, 1972-ci il təvəllüdlü Rzayev Fəxrəddin Allahverdi oğlu bıçaq xəsarəti ilə 1 saylı Xəstəxanaya gətirilib və cərrahi əməliyyat olunub.
Hadisə ilə bağlı rayon polisi də məlumatlandırılıb. Müəyyən edilib ki, F.Rzayev iştirak etdiyi içki məclisində bir qohumu ilə mübahisə edib. Sonradan əlbəyaxa davaya çevrilən mübahisənin nəticəsində ona bıçaq xəsarəti yetirilib.
Faktın təfərrüatları istintaq yolu ilə araşdırılır.
OXŞAR XƏBƏRLƏR
18:21
321
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
410
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
380
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
397
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
666
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
668