Paytaxtda qohum ailənin 5 üzvü avtoqəzada öldü - İKİSİ UŞAQDIR
Bakının Qaradağ rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtoqəza Xocasən-Lökbatan yolunda baş verib.
"Mercedes-190” markalı minik avtomobilinin eyni markadan olan yük maşını ilə toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər dünyasını dəyişib.
Məlumata görə, ölən şəxslərin hamısı minik avtomobilində olub. Onların sıxışıb qaldıqları avtomobildən çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər - Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı, Hüseynova Selcan Vüqar qızı və 6 aylıq körpə Hüseynova Cənnət İntamiz qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, yol qəzasına yüksək sürət səbəb olub. Məlumata görə, qohum ailənin üzvləri olan həmin şəxslər Ağcabədidən yas mərasimindən qayıdırmış.
OXŞAR XƏBƏRLƏR
18:21
321
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
410
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
380
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
397
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
666
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
668