İslam dünyası Trampa qarşı birləşdi: ƏLAQƏLƏRİ KƏSƏRİK!
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.
APA TV-nin məlumatına görə, bu barədə "Associated Press" yazıb.
İƏT-dən bildiriblər ki, qurumun üzvü olan 57 dövlət səfirliyini Tel-Əvivdən Qüdsə köçürən ölkə ilə əlaqələri tam kəsəcək.
"Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək" - deyə, təşkilatın yaydığı açıqlamada bildirilib.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq: "ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəməsi ciddi narahatlıq doğurur".
Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat veriləcəyi gözlənilirdi. Lakin son məlumata görə, D.Tramp bu qərarını təxirə salıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi