Proqnozlar özünü doğrultmur: NEFT UCUZLAŞIR
Dünya neft bazarında qiymətlərdə ciddi ucuzlaşma baş verib.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft səhər seanslarında 62,33 dollardan təklif olunur. Bu ötən günün eyni saatlarında olan qiymətlərdən 1,13 dollar azdır.
OPEK-in istehsalın azaldılması ilə bağlı razılaşmanın vaxtını daha 9 ay uzatması qiymətlərə müsbət təsir etmir. Qiymətlərin yüksəlməsinə təkan verəcək digər səbəblər də təsirsiz qalıb. "Bloomberg"in bir hesabatına görə, ABŞ-da neft ehtiyatları 2,5 milyon barel azalıb. Rəsmi rəqəmlər sabah açıqlanacaq. Digər hesabata görə isə OPEK-in noyabr ayında istehsalı Anqola və Küveytdəki azalma ilə birgə altı ayın ən aşağı səviyyəsinə enəcək.
Səudiyyə Ərəbistanın enerji naziri Xalid Əl-Falih OPEK-in istehsalı azaltmasını dünya miqyasında istehsalın tələbata bərabər olmasına qədər davam etdirəcəyini söyləyib.
Mütəxəssislər qeyd edir ki, dünyada neftə tələb artır, OPEK istehsalı azaldır, bununla belə ABŞ-da hasilat istənilən səviyyədə yüksəlmir. Qərbi Texas neftinin istehsalını artırmaq üçün əlverişli şərait yaranıb. Qiymətlər 50 dolların üzərindədir. Bu markadan olan neft hazırda 57,44 dollara satılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib