Ev quşlarının başlarını kəsdilər - CƏLİLABADDA MÜƏMMA
Cəlilabadda bir rayon sakininə məxsus ev quşları oğurlanıb. APA TV xəbər verir ki, oğurluq faktı rayonun M.Ə.Rəsulzadə küçəsinin sakini İlqar Şahmarovun təsərrüfatında qeydə alınıb.
Zərərçəkənin sözlərinə görə, ev sahibi səhər saatlarında toyuq-cücə və qazları yemləmək üçün hinin qapısını açdıqda oranın boş olduğunu görüb. Ətrafa göz gəzdirdikdə isə həyətyanı sahədə ev quşlarının kəsilmiş baş və ayaqlarının olduğu kisəni aşkarlayıb. Məlum olub ki, hadisəni törədən şəxs və ya şəxslər ev quşlarının səsinin eşidilməməsi üçün bu üsuldan istifadə edib.
Xatırladaq ki, bu, İ.Şahmarovun evində törədilən ilk oğurluq deyil. Ötən il də onun evindən 1020 manat nağd pul və xeyli sayda məişət əşyaları oğurlanıb.
Artıq hadisə ilə bağlı polisə də məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:21
337
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
424
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
392
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
399
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
669
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
670