Paytaxt əhalisinin sayı açıqlanıb
Bakı şəhərində əhalinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 258 min 400 nəfərə çatıb.
APA TV-nin Bakı şəhər Statistika İdarəsinə istinadən məlumata görə, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfərdir.
2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22840 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,6 təşkil edib. Doğulanların 268-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin 52,6 faizi oğlan, 47,4 faizi isə qızdır.
Cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərində 9746 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə dəyişməmiş 5,8 olaraq eyni qalıb.
2017-ci ilin doqquz ayında qeydiyyat şöbələri tərəfindən 11968 nikah və 3698 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,1, boşanmaların sayı isə 2,2 olub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi