Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum etdi - MAL-QARANI PARÇALADILAR
Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Qarasaqqallı kəndində baş verib.
Kənd sakini Məhəmməd Əliyevin fərdi təsərrüfatına hücum edən vəhşi heyvanlar 8 baş xırda buynuzlu heyvanı tələf edib, 3 baş heyvanı isə yaralayıb. Hadisə yerinə cəlb olunan baytarlıq idarəsinin əməkdaşları yaralı heyvanları vaksinasiya edib, ölən heyvanlar isə aidiyyəti üzrə basdırılıb.
M.Əliyevin dediyinə görə, analoji hadisələr kənddə tez-tez baş verir. Son bir ayda vəhşi heyvanlar kənddəki fərdi təsərrüfatlara 11 dəfə hücum ediblər. Sakinlər bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.
OXŞAR XƏBƏRLƏR
19:26
442
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
468
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
559
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
441
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
614
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
715