ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başladı - HƏDƏF ŞİMALİ KOREYADIR
ABŞ və Cənubi Koreya birgə hərbi ittifaq tarixində ən genişmiqyaslı təlimlərə başlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hava manevrlərinin yerinə yetiriləcəyi "Vigilant ace" hərbi təlimlərinə 230-dan çox qırıcı cəlb olunub. Onların arasında "B1B Lancer", "F-22 Raptor", eləcə də 6 ədəd "F35A" aviasiya maşınları var.
Təlimlərdə əsas məqsəd iki ölkənin Hərbi Hava Qüvvələrinin koordinativ fəaliyyətini təmin etmək, Şimali Koreyanın nüvə obyektlərinə operativ zərbələrin endirilməsi imkanlarını nəzərdən keçirməkdən ibarətdir.
Təlimlərin Koreya yarımadasındakı vəziyyətin gərginləşdiyi dövrdə keçirilməsi heç də təsadüfi deyil. Bunu şərtləndirən əsas səbəb kimi noyabrın sonlarında Şimali Koreyanın "Hvanson-15" ballistik raketini buraxması göstərilir.
Qeyd edək ki, sözügedən raket 13 min kilometrədək məsafədəki hədəfi məhv etmək qabiliyyətinə malikdir ki, bu da bütövlükdə ABŞ ərazisini əhatə edir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi