Hacı Məmmədov intihar etdi
Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Xəzər rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verib.
Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə yerində Xəzər rayon Prokurorluğunun əməkdaşları işləyir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilib.
H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb. Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.
OXŞAR XƏBƏRLƏR
19:26
442
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
468
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
559
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
441
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
614
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
715