Suriyalı qaçqınları aparan mikroavtobus yük maşını ilə toqquşdu - 10 ÖLÜ, 8 YARALI
Türkiyədə ağır avtomobil qəzası baş verib. APA TV-nin "Cihan" agentliyinə istinadən verdiyi xəbərə görə, avtoqəza Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində, Altungözü qəsəbəsində qeydə alınıb.
Məlumata görə, həmin yolda polislərin şübhəli bilərək saxlamaq istədiyi "Ford" markalı mikroavtobus göstərişə məhəl qoymayaraq sürətini artırıb. Həmin mikroavtobusda suriyalı miqrantların olduğu bildirilir. Sürəti artırmaqla nəqliyyat vasitəsini idarə edən sürücü sonradan mikroavtobusu qarşıdan gələn yük avtomobilinə çırpıb.
Avtoqəza nəticəsində 10 nəfər hadisə yerində dünyasını dəyişib. Mikroavtobusun sürücüsü də daxil olmaqla, 8 nəfər ağır xəsarət alaraq xəstəxanalara yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
19:26
442
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
468
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
559
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
441
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
614
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
715