Minik maşını avtobusla toqquşdu, 4 nəfər yaralandı - SALYANDA QƏZA
Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtoqəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.
Qızılağac kənd sakini, 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobil hərəkətdə olarkən "Temsa" markalı sərnişin avtobusu ilə toqquşub. Nəticədə elə həmin sürücünün özü, onun həyat yoldaşı 1963-cü il təvvəllüdlü Əhmədova Rahilə Ulduz qızı, 1964-cü il təvəllüdlü Lənkəran sakini Rəhimova Tükəz Həbib qızı, 1968-ci il təvəllüdlü Biləsuvar sakini Qasımova Maral İnşallah qızı orta ağır dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:26
442
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
468
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
559
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
441
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
614
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
715