Sabah yağış yağacaq
Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-12 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
19:26
442
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
468
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
559
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
441
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
614
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
715