Sabiq müşavir Maykl Flinn Donald Trampa qarşı ifadə vermək istəyir
ABŞ prezidentinin sabiq milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn Donald Trampa qarşı ifadə verməyə hazır olduğunu bildirib.
APA TV-nin xəbərinə görə, bu barədə "ABC News" xəbər verib. Telekanalın məlumatına əsasən, o, şəxsən Trampın Rusiya ilə əlaqəyə girməyi istədiyini bildirib.
Bundan əvvəl Maykl Flinn etiraf edib ki, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə əlaqədə olmasına dair Federal Təhqiqatlar Bürosuna yanlış ifadə verib.
Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.
OXŞAR XƏBƏRLƏR
19:26
442
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
468
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
559
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
441
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
614
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
715