Azərbaycanla Əfqanıstan arasında bir sıra sənədlər imzalanıb
Dekabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.
APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb.
Prezidentlər birgə foto çəkdirdikdən sonra əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüş keçiriblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib. Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Daha sonra prezidentlər İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi-ticarət sahəsində Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi imzalayıblar.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Əfqanıstan İslam Respublikasının Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıqa dair Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rabbani imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rabbani imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava xidmətləri haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rabbani imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani mətbuata bəyanatlarla çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi