Azərbaycanda cinsi yolla QİÇŞ-ə yoluxma halları artıb
"Bu ilin 10 ayı ərzində Azərbaycanda 437 nəfərdə İİV aşkarlanıb. Onlardan 431-i Azərbaycan vətəndaşı, 6 nəfəri isə əcnəbidir. Qeydiyyata alınan 431 Azərbaycan vətəndaşından 275-i kişi, 156-sı qadındır".
APA TV-nin məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respubika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov deyib. O bildirib ki, bahalı da olsa İİV infeksiyasına yoluxan xəstələrin hamısı müalicə olunur. Elə xəstələr olur ki, onlar hansı yolla İİV-ə yoluxduqlarını bilmirlər. Son illər Azərbaycanda bu infeksiyaya cinsi yolla yoluxma halları artıb.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5549 nəfər qeydiyyatdadır. Onlardan 71,4 faizi kişi, 28,6 faizi qadındır. QİÇS mərhələsinə keçən və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 124 nəfərdir. İİV-lə yaşayan insanlardan 43,8 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində demək olar ki, 45 faizində heteroseksual, 2,5 faizində isə homoseksual əlaqə nəticəsində, 1,9 faizində anadan uşağa keçməklə, 1 nəfərdə donor qanının köçürülməsi nəticəsində baş verib.
E.Muradovun sözlərinə görə, 2006-cı ildən 4061 İİV-lə yaşayan insan antiretrovirus terapiyaya cəlb olunub. 2015-ci ildən ölkədə nikaha daxil olmaq istəyən şəxslərdən 117 142 nəfəri İİV-ə görə müayinəyə cəlb olunub. 103 nəfərin infeksiyaya yoluxma faktı təsdiqlənib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi