Qubada üç maşın toqquşub, xəsarət alan var
Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Zərdabi kənd sakini 1977-ci il təvəllüdlü Kamilov Ramin Nadir oğlunun idarə etdiyi 40 BG 667 dövlət nömrə nişanlı “Vaz 2107” markalı avtomaşınla İlkin Qonaqovun idarə etdiyi 40 BD 620 dövlət qeydiyyatlı “Vaz 21011” markalı maşın toqquşub. Bundan sonra idarəetməni itirən sürücü Əliyev Vaqif Əbülfət oğlunun idarə etdiyi “Vaz 2107” markalı avtomobilə dəyib: "Biz öz yolumuzla gedirdik. Arxadan "Vaz 2107" bizi vurdu. Biz yolumuzu itirdik, o biri yola çıxdıq qarşı yola düşdük. Qarşıdan isə başqa maşın gəlib bizi vurdu".
"Yağışlı havada normal sürət seçmişdim. "Vaz 21 011" qabaqdan gəlirdi. Arxasınca "Vaz 21 07" gəlirdi. "Vaz 21 07" onu vurdu, fırlatdı. O da mənim qabağıma düşdü. "Vaz 21 011" yolun əks istiqamətində çəpərə girdi".
Qəza nəticəsində Ramin Kamilov müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI