Tələbə yataqxanasında dəhşət: "ÇADRALI TERRORÇULAR" QƏTLİAM TÖRƏTDİ
Pakistanın Pişəvər şəhərində Kənd Təsərrüfatı Universitetinin yataqxanasına silahlı hücum olub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, nəticədə 9 tələbə qətlə yetirilib, 37 nəfər yaralanıb.
Yaralılar arasında tələbələr, mühafizəçilər, jurnalistlər və polis əməkdaşları var.
Çadra geyinən terrorçular əraziyə şəhərdə nəqliyyat vasitəsi kimi geniş istifadə olunan velosipedə qoşulan iki təkərli arabalarda gəlib. Onlar mühafizəçiləri güllələyəndən sonra içəriyə keçib və yataqxanada olanlara atəş açıb. Şahidlər partlayış törədildiyini də bildirib. Yataqxanada 100-dən çox tələbə olub, onların çoxu Pakistanda qeyd olunan dini bayramla əlaqədar evlərinə gedib.
Hadisəyə görə məsuliyyəti "Təhriki-Taliban" qruplaşması üzərinə götürüb. Asayiş keşikçiləri ilə atışma zamanı 4 terrorçu məhv edilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi