Sabirabadda xeyli sayda silah-sursat tapılıb
Sabirabad rayonunun Cavad kəndi ərazisindən xeyli sayda silah sursat tapılıb. Bu barədə rayon polis şöbəsinə kənd sakini Davud Qədirov məlumat verib. APA TV-nin məlumatına görə, Sabirabad polisi rayonun Cavad kəndi ərazisindən xeyli sayda silah sursat aşkarlayaraq götürüb. Həmin əraziyə baxış keçirən polis əməkdaşları, ərazidən sintetik kisəyə yığılmış 1983-cü il istehsalı olan 1 ədəd AKM markalı avtomat, 1 ədəd 1969-cu il istehsalı olan 16 kalibrli lüləsi kəsilmiş qoşa lüləli ov tüfəngi, 3 ədəd RQD-5, 1 ədəd F-1 əl qumbarası, iki ədəd RQD-5 əl qumbarasının fitili, 104 ədəd 5,45 və 20 ədəd 7,62 patronları və iki ədəd 5,45 avtomat sandığı aşkar edərək götürüblər. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. Tapılmış silahların hər hansı bir cinayətdə istifadə olunub-olunmadığı araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI