Suriya ordusu İŞİD anbarlarında yenə ABŞ və Avropa silahları aşkarladı
Suriya ordusu Deyr əz-Zor əyalətinin azad olunmuş hissəsində İŞİD-ə məxsus anbarlarda ABŞ və Avropa ölkələrinin istehsalı olan xeyli sayda silah-sursat aşkarlayıb.
APA TV-nin "SANA" agentliyinə istinadən verdiyi xəbərə görə, silahlar əyalətin Əl-Aşara, Sübeyhan və Salihiyə rayonlarında aşkarlanıb.
Qeyd edək ki, Suriya ordusu oktyabrda da Meyadin əyalətində İŞİD-in anbarlarında ABŞ, Belçika, Böyük Britaniya və digər ölkələrin istehsalı olan xeyli sayda silah-sursat aşkarlamışdı.
Hərbçilər aşkarlanan silahların Pentaqonun müttəfiqlərə yardım proqramı çərçivəsində əldə olunduğunu iddia edir.
OXŞAR XƏBƏRLƏR
19:26
465
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
491
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
580
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
445
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
618
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
718