Kürdəmirdə 3 ailənin yaşadığı ev külə döndü
Kürdəmirdə 3 ailənin yaşadığı ev yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün gündüz saatlarında şəhərin Yaşar Seyidov 43 ünvanında baş verib.
Sabir Sədi oğlu Səmədova məxsus 1 mərtəbəli, 4 otaq, 2 mətbəx və aynabənddən ibarət olan fərdi yaşayış evində güclü yanğın baş verib. Hadisə yerinə FHN-in Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 204 kvadratmetr olan evin 124 kvadratmetri əşyaları ilə birlikdə yansa da, evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, 3 ailənin yaşadığı evdə yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
18:21
371
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
462
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
433
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
411
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
675
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
675