Şübhəlini vurmaq istəyən polis öz həmkarını yaraladı - ABŞ-DA
ABŞ-ın Ohayo ştatında polis əməkdaşı öz həmkarını yaralayıb. APA TV "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hadisə iki polisin şübhəli şəxsi zərərsizləşdirməyə çalışdığı vaxt baş verib.
Məlumata görə, həmin polis əməkdaşları Riversayd bölgəsində bir ailədə baş vermiş münaqişə ilə əlaqədar çağırışla əraziyə gəlib. Bu vaxt şübhəli bilinən 22 yaşlı Kristofer MakKlinton şəxsiyyətini təsdiq edən sənəd göstərməkdən boyun qaçırıb və avtomobilindən düşməyib.
Polis əməkdaşları həmin gənci avtomobildən düşürməyə çalışdığı zaman onlardan biri elektroşokerdən istifadə edib və nəticədə silahın elektrik çubuqlarından biri digər polis əməkdaşına dəyib. Travma alan polis əməkdaşı sonradan xəstəxanaya aparılıb.
Polis hazırda fakt üzrə əlavə araşdırmalar aparır.
OXŞAR XƏBƏRLƏR
18:21
371
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
462
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
433
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
411
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
675
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
675