Şəmkirdə iki maşın toqquşdu - KÖRPÜDƏN AŞDILAR
Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Şəmkir-Kür qəsəbə avtomobil yolunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində, dəmir yolu xəttinin üzərindəki körpüdə qeydə alınıb.
Gəncə şəhər sakini, 63 yaşlı Telman Məmmədovun idarə etdiyi "QAZ-24" markalı maşın "VAZ-2106" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitələrinin hər ikisi körpüdən aşıb. Nəticədə 4 nəfər yaralanıb. "QAZ-24"ün sürücüsü Telman Məmmədov, "VAZ"da olan bir ailənin üzvləri, Şəmkir rayonunun Qaracəmirli kənd sakinləri - 53 yaşlı Qoşqar İsayev, onun həmyaşıdı Səmayə İsayeva və 29 yaşlı Aynur Əhmədova Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, qəzaya "VAZ-2106"nın dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib