Ruslar Ermənistandakı təlimlər zamanı "düşmən rabitəsinin susdurulması"nı öyrənir
Rusiyanın Ermənistandakı hərbi bazasının radioelektron mübarizə və pilotsuz uçan aparatlar hissəsinin hərbçiləri təlimlər keçirib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təlimlərdə şərti qanunsuz silahlı dəstələrin təxribat qruplarının rabitə vasitələrinin radioelektron üsullarla susdurulmasına dair tapşırıqlar yerinə yetirilib.
Məlumata görə, üçgünlük təlimlər “Kamxud” və “Alagöz” dağ poliqonlarında keçirilir.
Təlimlər zamanı mütəxəssislər dəniz səviyyəsindən azı 1500 metr yüksəklikdə “İnfauna”, “Zastava” və “Navodçik” tipli müasir komplekslərdən istifadə olunmaqla 30-dan çox normativ icra edəcək.
Təlimlərə 300-dən çox hərbçi və 50-dək xüsusi hərbi texnika cəlb edilib
OXŞAR XƏBƏRLƏR
18:21
392
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
483
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
456
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
416
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
679
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
679