Qəçrəşdə 9 obyekt sökülür
Quba-Qəçrəş yolu üzərində yerləşən 9 obyektin sökülməsinə qərar verilib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, ağacların qanunsuz kəsilməsi və meşə fondu torpaqlarının zəbt olunmasını araşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində 70 nəfərdən ibarət xüsusi komissiya təşkil olunub.
Quba Turizm İnformasiya Mərkəzinin əməkdaşı Taleh Sultanov deyir ki, çınqıl, daş, asfalt, beton örtüklərlə meşə torpağının örtülməsi torpağın üst qatının dəyişdirilməsinə, rekreasiya yükünün normadan artıq olmasına, təbii bərpa prosesinin qarşısının alınmasına gətirib çıxarıb. Həmçinin formalaşan tullantı sularının təmizlənmədən birbaşa meşə sahəsinə axıdılması, ağacların qanunsuz olaraq kəsilməsi, məişət tullantılarının qalaqlanması faktları da qeydə alınıb: "Söküləcək obyektlər nəzərə alınmamaqla Quba rayonunda 40-dan çox hotel və restoran fəaliyyət göstərir. Sözügedən tikililərin sökülməsi turizmin inkişafına mane olmayacaq".
Xüsusi komissiya tərəfindən meşə fondu ərazilərində torpaqdan istifadə vəziyyəti ilə əlaqədar araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib