"DQR"nın keçmiş "müdafiə naziri"nə hökm oxundu
"İqla" zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinən separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri" Samvel Babayana hökm oxunub.
APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün keçirilən məhkəmə iclasında S.Babayan 6 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Hadisə ilə bağlı cinayət işi ötən il sentyabrın 20-də başladılıb.
Həmin ilin iyulunda Ermənistan vətəndaşı, qondarma "DQR"in keçmiş "müdafiə naziri" Samvel Babayan Rusiyada yaşayan tanışında olan külli miqdarda oğurluq avronu əldə edərək Ermənistanda dövriyyəyə buraxmağa cəhd edib. Həmin avrolar Rusiyadan Ermənistan gətirilərkən Milli Təhlükəsizlik Şurası əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Samvel Babayan həmçinin "İqla" zenit raket kompleksini əldə etməyə çalışıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib