Səlahəddin Dəmirtaşa bəraət verildi
Türkiyədə 7 iyun 2015-ci il seçkilərindən əvvəl keçirdiyi təbliğat mitinqində xalqı kin və düşmənçiliyə təhrik etməkdə ittiham olunaraq həbs olunmuş Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş haqqında məhkəmə qərarı elan edilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, HDP liderinin iştirak etmədiyi məhkəmədə vəkili müvəkkilinin həmin çıxış zamanı düşmənçiliyə təhrik etmədiyini, həmçinin ifadə azadlığının qanunla qorunduğu nəzərə alınaraq ona bəraət verilməli olduğunu bildirib.
Məhkəmənin hökmünə əsasən, Səlahəddin Dəmirtaşın təqsiri sübuta yetirilmədiyindən, bəraət alıb.
Qeyd edək ki, prokuror S.Dəmirtaşın 1 ildən 3 ilədək həbslə cəzalandırılmasını tələb etmişdi.
Ötən il noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində həbs edilən HDP lideri Səlahəddin Dəmirtaşa qarşı bir sıra başqa ittihamlar da irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib