Salyanda 27 yaşlı qadın dəm qazından boğuldu
Salyanda 27 yaşlı iki uşaq anası dəm qazından boğulub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 206 ünvanında baş verib.
1990-cı il təvəllüdlü Günay Yunis qızı Cəbrayılova evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Yaxınlarının dediyinə görə, 27 yaşlı Günay Cəbrayılova əvvəlcə hamamda biri 3 yaşlı, digəri isə yaş yarımlıq olan uşaqlarını yuyundurub. Uşaqları yaxınlarına təhvil verdikdən sonra isə özü hamamda yuyunmağa başlayıb. Üstündən bir saat keçəndən sonra qadının gəlmədiyini görən doğmaları hamamın qapısını açıb içəri daxil olan zaman onu huşsuz vəziyyətdə görüblər. Gənc ananı xəstəxanaya çatdırsalar da, həkimlər onlara artıq gec olduğunu söyləyiblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib