İsmayıllıda altı otaqlı ev külə döndü - YANĞIN ANI
İsmayıllı rayonunda fərdi yaşayış evi yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Çayqovuşan kəndində qeydə alınıb.
Kənd sakini, 1975-ci il təvəllüdlü Əbilov Elşad Abduləziz oğluna məxsus ümumi sahəsi 153 kvadratmetr olan 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin yanar konstruksiyaları və içəridəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Yanğın söndürülüb və yaxınlıqdakı tövlə, ətrafda olan evlər alovdan mühafizə olunub. Yanğın başlayan zaman ailə üzvləri evdə olsalar da, mənzili tez bir zamanda tərk etdikləri üçün xəsarət almayıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib