Bali adasında böyük təhlükə: VULKAN PÜSKÜRÜR
İndoneziyanın Bali adasında Aqunq vulkanı püskürüb, daha sonra yeraltı təkanlar qeydə alınıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, vulkanın külü 7,5 kilometr hündürlüyədək qalxıb. Yerli hökumət yaxın ərazilərdəki əhalinin təxliyəsini tələb edib.
Təbiət hadisəsi ilə əlaqədar yüksək təhlükə səviyyəsi elan edilib, hava limanı uçuşlar üçün qapadılıb, yüzlərlə reys təxirə düşüb. Minlərlə turist hava limanına toplaşaraq, ölkələrinə qayıtmaq üçün növbə gözləyir.
Qeyd edək ki, 1963-cü ildə sözü gedən vulkanın püskürməsi zamanı 1000-dən çox insan həlak olub.
OXŞAR XƏBƏRLƏR
18:21
422
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
518
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
485
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
421
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
685
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
685