BAKIDA ZƏNCİRVARİ QƏZA: 4 maşın toqquşub
Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında baş verən qəzada "Niva", "Mercedes Benz ML", 49 saylı marşrut avtobusu və "Mercedes Benz C klass" markalı avtomaşınlar toqquşub. Yüksək sürətlə hərəkət edən "Mercedes Benz ML" markalı avtomobil öncə "Mercedes Benz C klass"a , daha sonra avtobusa çırpılıb. Yoldan çıxan maşın "Niva" ilə toqquşub. Zərbənin təsirindən "Niva" aşıb. Xətai Rayon Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Avtomaşınlara ciddi ziyan dəyib.
Qəza ilə bağlı yolda böyük tıxac yaranıb. Nəqliyyatın normal hərəkətini təmin etmək məqsədi ilə hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.
Faktla bağlı Xətai Rayon Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI