Rumıniyada yeni qanun layihəsi kütləvi etirazlarla qarşılanıb
Rumıniyanın paytaxtı Buxarestdə etiraz aksiyaları keçirilir. APA TV xəbər verir ki, küçələrdə minlərlə etirazçı hökumətin, ölkə idarəçiliyində ciddi dəyişikliklərə səbəb ola biləcək yeni qanun layihəsinə qarşı çıxıb.
Bazar günü parlament binası qarşısında 20 mindən çox adam toplaşıb. "Ədalət istəyirik, heç bir korrupsiya olmasın" şüarları səsləndirən etirazçılar hakim Sosialist Demokrat Partiyasının addımlarını tənqid edib.
İlk dəfə ədliyyə naziri Tudorel Toader tərəfindən 18 oktyabrda açıqlanan qanun layihəsi korrupsiya ilə mübarizə, terrorla mübarizə, ümumi prokurorların təyin edilməsi və məhkəmə yoxlama səlahiyyətlərinin Ali Məclis Şurasından Ədliyyə Nazirliyinə təhvil verilməsini nəzərdə tutur.
Qeyd edək ki, Rumıniya Avropa İttifaqının iqtisadiyyatı ən zəif olan ölkələrindən biridir. Ölkədə digər üzv dövlətlərlə müqayisədə ən yüksək korrupsiya dərəcəsi hökm sürür.
OXŞAR XƏBƏRLƏR
18:21
419
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
513
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
482
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
421
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
685
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
685