Batumidə otel yandı: 11 ölü, 21 yaralı - ARALARINDA ƏCNƏBİLƏR DƏ VAR
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” otelində güclü yanğın baş verib. APA TV-nin Gürcüstan bürosunun məlumatına əsasən, yanğında 11 nəfər - 10 Gürcüstan və 1 İran vətəndaşı ölüb. Bu barədə “İnterfaks” agentliyinə Gürcüstan DİN-in nümayəndəsi bildirib. Onun sözlərinə görə, xəsarət alan 21 nəfərdən 5-i Türkiyə, 1-i isə İsrail vətəndaşıdır.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Otelin elektrik enerjisi ilə təchizatı dayandırılıb. İnsanlar təxliyyə edilib. Oteldə “Miss Gürcüstan 2017” müsabiqəsinin iştirakçıları da olub. Onlar xəsarət almayıb.
Hadisə yerində olan Batumi şəhərinin meri Laşa Komaxidze deyib ki, hoteldən təxliyyə olunmuş insanlar digər otellərə yerləşdirilir.
Yanğının söndürülməsinə qonşu Quriya və Sameqrelo regionlarından da yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının otelin mətbəxlərindən birində baş verdiyi bildirilir.
Məlumata görə, “Leogrand” oteli türkiyəli iş adamı Erol Avgörenə məxsus imiş.
OXŞAR XƏBƏRLƏR
18:21
420
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
516
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
483
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
421
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
685
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
685