ABŞ “şükür etdi”, neft bahalaşdı
ABŞ-da Şükranlıq Günü münasibətilə birjaların işləməməsi neftin qiymətinə pozitiv təsir göstərib. APA TV-nin məlumatına görə, London birjasında son 24 saat ərzində “Brent” markalı neftin qiyməti 63,57 dollara kimi yüksəlib. Səhər seanslarında isə qiymətlər 63,41 dollar səviyyəsinə enib. Qərbi Texas nefti də dəyər qazanmaqda davam edir. Bu səhər keçirilən ticarət sessiyalarında WTİ markalı neftin bir bareli 58,53 dollardan satılır, iki marka arasında fərq isə uzun müddətdən sonra ilk dəfə 5 dollardan az olub. Bu, neftin bahalaşmasına rəğmən qiymətlərin formalaşmasında ABŞ qaynaqlı amillərin rolunun güclənməsi deməkdir.
Bu amillərdən biri ötən həftə ABŞ-da kommersiya neft ehtiyatlarının həcminin azalmasıdır. Energetika Nazirliyinin rəsmi hesabatına əsasən, ölkədə 457 milyon barel xam neft ehtiyatı qalıb, həftə ərzində ehtiyatların həcmi 1,9 milyon barel azalıb. Strateji neft ehtiyatlarının isə 1,7 milyon barel azaldığı açıqlanıb.
Bu gün birjalarda həftənin son ticarət sessiyaları keçiriləcək. Yekun qiymətlərə təsir göstərəcək amil yenə də ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayına dair hesabat olacaq. Son həftə ərzində qiymətlərin yüksək həddə qalması ABŞ və Kanadada neft hasilatını stimullaşdırır, bu səbəbdən buruqların sayının bu həftə də artması gözlənilir. Ötən həftə ABŞ-da gündəlik hasilat həcmi 9,65 milyon barelə yüksəlib ki, bu da son iki ilin ən rekord göstəricisidir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi