WTİ nefti 58 dolları keçdi - SON İKİ İLDƏ İLK DƏFƏ
Dünya bazarında xam neftin qiymətlərində stabilləşmə var.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli gün ərzində 62,60 dollarla 63,30 dollar arasında dəyişib. Hazırda bu markadan olan neft 63,16 dollardan təklif olunur.
Altı OPEK ölkəsinin nazirləri və Rusiyanın enerji naziri Aleksandr Novak Vyana görüşü öncəsi Boliviyada qeyri-rəsmi görüş keçirir. Vyanada təşkil olunacaq görüşdə mart ayında bitəcək istehsalın dondurulması anlaşmasının vaxtının uzadılıb-uzadılmaması barədə qərar veriləcək. OPEK üzvləri uzadılmanın tərəfdarı olsa da, Rusiya bir neçə dəfə buna ehtiyac olmadığını bildirib.
Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 1,86 milyon barel azalıb. İstehsalın azalması isə Qərbi Texas neftinin qiymətlərinə müsbət təsir edib. WTİ nefti 2015-ci ildən bu yana ilk dəfə 58 dollardan baha satılıb. 58,06 dollara qədər bahalaşan ABŞ nefti hazırda 57,88 dollardan təklif olunur.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib